19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


05.03.2019  15:11 

10 min dollardan çox kredit borcu olanlara güzəşt edilməyəcək





A+  A-

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanından sonra məbləği 10 min dollardan yuxarı olan kredit borcları üçün də müəyyən addımların atılacağının gözlənildiyi bildirilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov XəzərNews.az-a deyib ki, 10 min dollardan yuxarı kreditlərlə bağlı məsələ gündəmdə deyil:

“Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına görə kifayət qədər böyük vəsait ayrılıb. Bizi narahat edən əsas məsələ 10 min dollara qədər olan problemli kreditlərlə bağlı idi. Bəziləri deyir ki, hüquqi şəxslərlə bağlı məsələlərə də baxılacaq. Amma mən bunların reallaşacağına inanmıram. Çünki bunun üçün böyük vəsait lazımdır. Büdcəmiz o qədər böyük deyil ki, bütün məsələlərin həlli üçün oradan istənilən qədər vəsait ayrılsın”.

Deputat bildirib ki, hüquqi şəxslərə kommersiya bankları tərəfindən güzəştlərin ediləcəyi gözlənilir:

“Ola bilər banklar borcları restrukzasiya etsin, faziləri aşağı sala bilərlər, ödəmə müddətini uzada bilərlər və s. Bu, artıq bankla hüquqi şəxslər arasında həll olunacaq. Amma mən inanmıram ki, yaxın zamanlarda dövlət tərəfindən 10 min dollardan yuxarı kredit borcları üçün hansısa addım atılsın”.

Xəbər 1683 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +