19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


01.03.2019  10:34 

Domen adları ilə bağlı yeni qaydalar





A+  A-

Nazirlər Kabineti “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatlarının siyahısını təsdiq edib.
XəzərNews.az xəbər verir ki, yeni qaydalarda bildirilir ki, “az” şərti işarəsi Azərbaycan Respublikasına mənsub olmaqla, qlobal internet şəbəkəsində Azərbaycana məxsus milli seqmenti əks etdirən yüksək səviyyəli ölkə kodudur. Bu qaydalar “az” ölkə kodlu yüksək səviyyəli domen adı ilə yaradılmış informasiya ehtiyatının kontenti və (və ya) onun vasitəsilə informasiyanın yayılması ilə bağlı yaranan münasibətlərə şamil edilmir. Sifarişçi “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatçısını sərbəst seçmək hüququna malikdir.

“az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığı domen adlarının milli inzibatçısı (bundan sonra – Milli inzibatçı), domen adlarının qeydiyyatı və onlara texniki xidmət isə yerli və ya xarici qeydiyyatçılar tərəfindən aparılır. 3.2. “gov.az” domen zonasının inzibatçılığı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq qaydalara uyğun tənzimlənir. Bu qaydaların tələblərinə cavab verən domen adlarının qeydiyyatı aparılır. Qeydiyyatçılar domen adlarının qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bu qaydaların tələbləri 6 nəzərə alınmaqla, qeydiyyatın elektron formada aparılmasını təşkil edirlər.

Xəbər 1354 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +