19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


08.02.2018  11:35 

İlham Əliyev YAP-ın prezidentliyə namizədi oldu - YENİLƏNİB





A+  A-

Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı işə başlayıb.
XəzərNews.az xəbər verir ki, YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdiyi qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.

Dövlət başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib.

Sonra çıxış edən işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva, Milli Məclisin deputatı Rəşad Mahmudov, Gəncə şəhərindən olan iş adamı Elnur Camalxanov, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, ADA Universitetinin tələbəsi Emil Aslanlı dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən bəhs etdilər. Çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklif olunub.

Qurultay İlham Əliyevin namizədliyini səsə qoyub və təklif qəbul olunub. Bununla da YAP növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu ilin aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Xəbər 1229 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +