Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


06.01.2023  15:20 

Əli İnsanov 40 kq qızıl məsələsinə aydınlıq gətirdi





A+  A-

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs edilərkən müsadirə edilmiş mülklərinin və 40 kq həcmində qızıl külçələrinin ona qaytarılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, Əli İnsanovun sədri olduğu partiya bu barədə açıqlama yayıb.

Açıqlamada deyilir:

“Sabiq səhiyyə naziri Əli İnsanovun Xızı rayonunda Qızılqazma deyilən yerdə vaxtilə sahəsi 42 kvadrat metr olan taxta evciyi olub. O vaxtlar belə evciklər hazır vəziyyətdə qurulub satılırdı. Həmin evciyin əlavə torpaq sahəsi olmayıb. Maraqlananlar gedib baxa bilərlər. Əli İnsanov həbsdə olarkən məhkəmə iclaslarında bir neçə dəfə vəsatətlə çıxış edərək guya axtarış zamanı onun evindən götürülmüş qızıl külçələrin məhkəmə iclasına gətirilib nümayiş etdirilməsini xahiş edib. Əli İnsanovun bu vəsatətlərinə cavab olaraq məhkəmə sədri açıq iclasda bəyan edib ki, istintaq və məhkəmə sənədlərində qızıl külçələr barədə heç bir sənəd və məlumat olmadığına görə bu barədə vəsatət vermək lazımsızdır. Yalan və böhtan xarakterli yayılan məlumatın müəllifləri və sifarişçiləri Əli İnsanovun məhkəmə sənədlərini, çıxarışları tələb edə bilərlər”.

Xəbər 964 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +