Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


24.05.2021  12:23 

Azərbaycanın ötənilki hərbi xərcləri bu qədər olub





A+  A-

2020-ci ildə Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 16,8%-i həcmində və ya 4 milyard 425,4 milyon manat vəsait ayrılıb.
XəzərNews.az xəbər verir ki, barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Qanun layihəsinə əsasən, bu, 2019-cu illə müqayisədə 1 milyard 63,8 milyon manat və ya 31,6% çoxdur.

Müdafiə qüvvələrinə 1 milyard 627 milyon 553 min 480 manat, milli təhlükəsizliyə 240 milyon 668 min 725 manat, sərhəd xidmətinə 278 milyon 792 min 577 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 3 milyon 704 min 889 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə 1 milyard 604 milyon 370 min 767 manat sərf olunub.

2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan isə xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 139 milyon manat ayrılıb.

Xəbər 2234 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +