Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


21.09.2020  10:05 

Trampı zəhərləmək istəyən qadın saxlanıldı





A+  A-

Ağ Evə içərisində zəhərli risin maddəsi olan paket göndərməkdə şübhəli bilinən bir qadın saxlanılıb.
XəzərNews.az “CNN”ə istinadən xəbər verir ki, qadın Nyu-York ştatındakı sərhəd keçid məntəqəsində Kanadadan ABŞ-a keçmək istəyərkən saxlanılıb. Onun üzərində silah aşkarlanıb.

Şübhəlinin ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı və Vaşinqton prokurorlarının ona qarşı ittiham irəli sürməyə hazırlaşdıqları açıqlanıb.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Trampa içərisində zəhərli risin maddəsi olan paket göndərilib.

Qeyd edək ki, risin sianid turşusundan 6 min dəfə daha zəhərlidir. Qaz şəklində dağılarkən ağciyər çatışmazlığına səbəb olan bu maddə 36-72 saat ərzində nəfəs çatışmazlığı yaradır. Risinə məruz qalan insan üçün antidot yoxdur.

Xəbər 1672 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +