Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


30.01.2020  12:10 

Ailə həkiminə 2500 xəstə, pediatra isə 800 uşaq düşəcək





A+  A-

“Yanvarın 1-dən şimal rayonlarında vətəndaşlar icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıb”.
XəzərNews.az xəbər verir ki, bunu “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

V.Qurbanov qeyd edib ki,1 aya yaxın müddətdə şimal bölgəsində icbari tibbi sığorta sisteminin tətbiqiylə bağlı nəticələr qənaətbəxşdir:

“Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı 2 dəfədən çox artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib. Aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq. Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır. Hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə qədər uşaq təhkim olunacaq”.

Təlimdə həmçinin icbari tibbi sığorta üçün gözləmə müddəti də açıqlanıb. Agentliyin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva bildirib ki, ambulator tibbi xidmətlər üçün gözləmə müddəti 14 gündür: “Planlı stasionar xidmət üçün isə bu müddət 24 gün təşkil edir”.

S. Quliyeva bildirib ki, təcili təxirəsalınmaz tibbi xidmət üçün isə sığortaolunanlar növbə gözləməyəcək: “Təcili təxirəsalınmaz tibbi xidmət üçün vətəndaşlara tibbi xidmət dərhal göstəriləcək”.

Xəbər 2141 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +