Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


04.01.2019  19:43 

“Ekspress” qəzeti bağlanır





A+  A-

Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet olan “Ekspress” fəaliyyətini dayandırır.
XəzərNews.az xəbər verir ki, qəzet artıq iki gündür ki, nəşr olunmur. Buna səbəb kimi maliyyə problemlərinin olması, qəzetin əsas sponsoru "Nurgun Motors"un maliyyələşməni dayandırmaqla bağlı qərarıdır. Məlumatlara görə, artıq uzun müddətdir ki, zəif fəaliyyət göstərən mətbu orqanın yaxın günlərdə tamamilə dayandırılacağı ilə bağlı kollektivə də məlumat verilib.

“Qafqazinfo” məsələ ilə əlaqədar qəzetin baş redaktor əvəzi Qalib İbrahimoğlu ilə əlaqə saxlayıb.

O bildirib ki, texniki problemlərə görə, qəzet iki gündür ki, nəşr olunmur: “İndidən qəzetin bağlanıb-bağlanmayacağı ilə bağlı bir şey deyə bilmərəm. Gələn həftə bu barədə qəti qərar veriləcək”.

Xatırladaq ki, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov da bir müddət əvvəl təsisçilər tərəfindən vəzifəsindən azad olunub.

Xəbər 1439 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +