Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


18.12.2018  16:43 

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi





A+  A-

2018-ci ilin 17 dekabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib.
Xarici İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, 62 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub.

Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.

Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur.

Qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir və münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir.

Qətnamə dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlər həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırır. Qətnamə itkin düşmüş şəxslərin ailələrinin əzizlərinin taleyi barədə məlumat əldə etmək hüququnu təsdiq edir. Qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.

Qətnamədə BMT baş katibinin Baş Assambleyanın 75-ci sessiyasına (2020) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair praktiki tövsiyələrin də yer aldığı müfəssəl hesabat təqdim etməsi çağırışı yer alır.

Xəbər 1841 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +