Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


18.12.2018  11:29 

Bu da “Eurovision” namizədlərimiz - Əkizlər də var





A+  A-

Xəbər verdiyimiz kimi, İctimai Televiziya “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün kastinq elan edib. Sözügedən siyahıda bir-birindən fərqli səslərə rast gəlmək mümkündür. Onlar arasında “Səs Azərbaycan” mahnı müsabiqəsi ilə populyarlaşan simaları üstünlük təşkil edir.
XəzərNews.az bildirir ki, “Eurovision”un Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” “Qafqazinfo”ya müsabiqəyə namizəd olan 10 məşhurun adını təqdim edib:

1. “Səs Azərbaycan”ın qalibi, AzTV-nin solisti Emiliya Yaqubova

2. Bir neçə dəfə “Eurovision” milli seçim turlarında iştirak edən müğənni Məryəm Şabanova

3. “Səs Azərbaycan”ın finalisti, müğənni Samirə Əfəndiyeva

4. “Səs Azərbaycan” layihəsi ilə tanınan Vlada Axundova

5. “O səs Türkiyə” və “Səs Azərbaycan” müsabiqələrində iştirak edən Ruslan Alışan

6. MTV-də “3 canlı” proqramının aparıcısı, “Səs Azərbaycan” iştirakçısı Tofiq Hacıyev

7. Rauf və Faiq Mirzəyev əkiz qardaşları- Onlar Azərbaycan ictimaiyyətinə yad olsalar da, Rusiyada kifayət qədər populyardırlar.

8. “Səs Azərbaycan” müsabiqəsinin finalisti Hüseyn Abdullayev

9. Gənc ifaçı Altun Zeynallı

10. Gənc ifaçı Sərxan Cəfərov



Xəbər 1316 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +