Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


18.12.2018  08:48 

İşdən çıxarılan rəisin bahalı maşınları - Foto





A+  A-

Xəbər verdiyimiz kimi, son zamanlar adı ən müxtəlif qalmaqallarda hallanan Hacı Ramazan Zeynalovun oğlu işdən çıxarılıb. İctimaiyyət arasında “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalovun oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini tuturdu. Belə xəbərlər var ki, Bayram Zeynalovla bağlı qərarın verilməsi onun vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar olub. DİN-ə onun fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər göndərilib və nəticədə belə bir qərar verilib.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Ramazan Zeynalov, onun oğlu və yaxınları 444 seriyalı dövlət nişanlı nəqliyyat vasitələrini idarə etməklə də ad çıxarıblar.

Bayram Zeynalov işdən çıxarılandan və barəsində təhqiqat işinin aparılması xəbərləri yayılandan sonra sosial şəbəkələrdə ona məxsus olduğu bildirilən 2 avtomobilin - “Mercedes Galenvagen” və “Porsche Panamera”nın fotoları yayılıb.

Həmin nəqliyyat vasitələrinin də fotolarını yaymaqla hər birinin qiymətinin 150 min manatı aşdığını da diqqətə çatdırırıq.

Qeyd edək ki, hazırda “Hacı Mazan” barəsində də cinayət işi var. O, “Xəzər” televiziyasının əməkdaşlarına qarşı zorakılıq edib, onlara xəsarət yetirib. Bununla bağlı araşdırma aparılır.


Xəbər 1743 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +