Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


31.05.2017  10:29 

Prezident: “Azərbaycan etibarlı tərəfdaş kimi tanınır“





A+  A-

"Bu sərginin Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır".
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, bu sərgidə 300 şirkət iştirak edir: "Birinci sərgi ölkəmizi dünyada tanıtdırmaq üçün mühüm rol oynamışdı. O zaman Azərbaycanı tanımırdılar. Sərgi ölkəmizin neft-qaz potensialını təqdim etmək üçün əvəzsiz rol oynayıb. Azərbaycan investorlarla qarşılıqlı fayda əsasında etibarlı tərəfdaşlıq qurub. Bu gözəl format bu gün digər sahələrdə də özünü büruzə verir. Bu gün bizim əsas prioritet qeyri-neft sektorudur. Xarici tərəfdaşlarla iş təcrübəmizi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq".


Prezident İlham Əliyev bildirib ki, Azərbaycan neft ölkəsidir, ilk neft 1846-cı ildə çıxarılıb: "Yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Bibiheybətdə ilk neft quyusu qazılıb. Bu il biz o ərazidə köhnə neft quyusunun abidəsini ucaltdıq. Keçən əsrin ortalarında isə Xəzərdə ilk dəfə dənizdə neft çıxarılıb. Dənizdə neft hasilatının da vətəni Azərbaycandır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan neftçilərinin faşizm üzərində qələbədə rolu böyükdür.

Xəbər 1263 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +