Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


17.05.2017  17:46 

Məcbur ərə verilən qız özünü asdı - Bir kənddə ikinci yeni gəlin intiharı





A+  A-

Biləsuvar rayonunda gənc qadın intihar edib.
XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Məlumata görə, Aşağı Cürəli kəndindən olan Abbasova Könül Sakit qızı 4 ay əvvəl xalası oğlu ilə ailə quraraq Bəydili kəndinə gəlin köçüb. Bu gün isə o, tavandan asılı vəziyyətdə tapılıb.

Onun ata-anası tərəfindən öz xalası oğluna məcburən ərə verildiyi qeyd olunur.

Bəydili kənd bələdiyyəsinin sədri İlqar Kərimov intihar faktını təsdiqləyib. Bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.

Xatırladaq ki, ötən ay Biləsuvar rayonunun Bəydili kəndində daha bir intihar hadisəsi qeydə alınmışdı. Yeni ailə qurmuş kənd sakini 31 yaşlı Esmira Həsənova özünü yaşadığı evdə asmışdı. O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirmişdi.

E. Həsənova Çaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənni müəllimi olub.

Xəbər 1366 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +