Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


22.02.2017  10:55 

“Təcili yardım”ın əməkdaşı döyüldü





A+  A-

Ötən gün saat 18 radələrində Sabunçu rayonu, İlyas Aslanov küç. 166 ünvanında yerləşən 12 saylı təcili yardım stansiyasının inzibati binasında təcili yardım stansiyasının sürücüsü, 1954-cü il təvəllüdlü Sadıqov Vəli Baloğlan oğlu dəm qazından zəhərlənən 17 yaşlı Nazilə Sadıqovanın atası tərəfindən döyülüb.
XəzərNews.az Salamnews-a istinadən xəbər verir ki, Niyaməddin adlı şəхs təcili yardım stansiyasında növbətçi həkim Abbasova ilə mübahisə edərək onu təhqir edib. Bu zaman Vəli Sadıqov həmin şəхsə təhqirlə danışmamağı məsləhət görüb. Ancaq əsəblərini cilovlaya bilməyən şəхs 67 yaşlı sürücünü elə stansiyanın 4 əməkdaşının gözü qarşısında döyməyə başlayıb. Sonra isə dəm qazından zəhərlənən qızını götürüb, 1 saylı Şəhər Хəstəхanasının toksikologiya şöbəsinə aparıb.

Zərərçəkmiş Vəli Sadıqov isə təcili yardım stansiyasının əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Хəstəхanasına gətirilib. İlkin müayinələr zamanı 67 yaşlı sürücüdə burun sınığı və gözünün altının hematoması aşkar edilib.

Baş vermiş hadisə ilə bağlı dərhal ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Fakt təhqiqatçı tərəfindən araşdırılır. Salamnews-un zərərçəkmişə istinadən verdiyi xəbərə görə, döyülən sürücünün ifadəsi alınıb və məhkəmə tibbi ekspertizası təyin olunub. Alınan rəydən sonra, fakta hüquqi qiymət veriləcək.

Xəbər 3209 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +