Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


17.08.2021  18:25 

Azərbaycan 9 əfqana qaçqın statusu verib





A+  A-

Azərbaycanda yaşayan, rəsmi qeydiyyata alınan Əfqanıstan vətəndaşlarının sayı açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qurumun məlumatına görə, indiyə qədər ölkəmizdə yaşayan 9 nəfər əfqanıstanlıya qaçqın statusu verilib.

Xatırladaq ki, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir.

Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan ərazisində qanuni qalmaq hüququ verən sənəddir.

Xəbər 2638 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +