Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


04.01.2019  16:23 

Qarabağdakı separatçılar İrəvana qarşı – Ermənilər bir-birini QIRIR





A+  A-

Ermənistanda Nikol Paşinyan komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim arasında qarşıdurma davam edir.
XəzərNews.az xəbər verir ki, separatçı rejimə bağlı “siyasi qruplar” keçmiş prezident Robert Koçaryana qarşı qaldırılan cinayət işinə xitam verilməsini tələb edirlər.

Erməni şərhçi Sərkis Artsruni isə bu tələbi Paşinyan hökumətinə qarşı sui-qəsd olaraq qiymətləndirib.

Onun iddiasına görə, keçmiş hakimiyyət Paşinyana qarşı Qarabağ rıçağından sona qədər istifadə etmək niyyətindədir: “Hətta qarşıdurmanın aktiv fazaya keçməsi ehtimalı hər keçən gün daha da artır. Qarabağdakı “parlamentin” üzvü olan “siyasi partiyalar”ın Koçaryana qarşı açılan cinayət işinin ləğv edilməsi haqqında bəyanatı bu ehtimalı gücləndirir. Burada Rusiya faktoru də var və Rusiya prezidenti Vladimir Putinin Koçaryanın ad günün xüsusi olaraq təbrik etməsi bu proseslər fonunda heç də təsadüfi deyil”.

Erməni şərhçi hesab edir ki, Qarabağdakı separatçılarla İrəvan arasındakı uçurum dərinləşir və sonda bunun mənfi nəticələri ola bilər.

Xəbər 1397 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +