Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


13.12.2023  10:50 

Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək





A+  A-

Dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək.

Xəzərnews.az-a bu barədə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyindən (TÜİB) bildirilib.

Forum Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Türkiyənin ticarət naziri Ömer Bolat, və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşanın iştirakı ilə keçiriləcək.

Forum Ümimmilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının quruluşunun 100 illiyinə həsr olunub. Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və TÜİB-in birgə təşkilatçılığı ilə baş tutacaq. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan bu tədbir regional inkişafa mühüm töhfələr vermək məqsədi daşıyır.

Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olunacaq. Eyni zamanda, iki ölkə arasında güclü iqtisadi əlaqə yaratmaq üçün atılacaq addımlarla yanaşı, potensial investisiya imkanları da müzakirə olunacaq. İştirakçılar arasında iş dünyası liderləri, investorlar, müxtəlif sahələri təmsil edən iş adamları iştirak edəcək və bu tədbir biznes subyektlərini bir araya gətirərək güclü əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını əldə etmək imkanı verəcək./report

Xəbər 1800 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +