Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.12.2023  15:50 

Fondun dəstəyi ilə VI Beynəlxalq Vokal Müsabiqəsi keçirilib - Fotolar





A+  A-

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun dəstəyi ilə Ukraynanın kurort şəhəri olan Truskavetsdə Azərbaycan-Ukrayna Dostluğu çərçivəsində Müslüm Maqomayevin xatirəsinə həsr olunan VI Beynəlxalq Vokal Müsabiqəsi keçirilib.

Xəzərnews.az xəbər verir ki, müsabiqədə Ukrayna və Çinin müxtəlif şəhərlərindən olan peşəkar müğənnilər ilkin seçim mərhələsindən keçiblər.

Müslüm Maqomayevin opera ariyaları, estrada mahnılarının ifa edildiyi müsabiqənin qalibi Odessa Konservatoriyasının məzunu İnna Bobomuratova seçilib.

Mükafatlandırma mərasimində iştirak edən Truskavets şəhərinin meri Andrey Kulçinski tədbirə verdiyi dəstəyə görə Dünya Azərbaycanlılarının Beynəlxalq Fonduna, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporuna və təşkilatçılara - Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Mer çıxışında hazırda davam edən mühribə şəraitində Azərbaycanın Ukraynaya verdiyi humanitar dəstəyi də yüksək qiymətləndirib: “Mədəniyyət cəbhəsi humanitar və iqtisadi cəbhədən heç də az əhəmiyyət kəsb etmir. Mədəniyyət cəbhəsində də Azərbaycan Ukrayna ilə bir yerdədir. Bu, ən yüksək siyasi səviyyədə tanınır”.

Müsabiqədə Ukraynanın Xalq artisti Qurban Abbasov və Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov iştirak edib.

Qeyd edək ki, müsabiqə dekabrın 8-dən 10-dək keçirilib.


















Xəbər 1350 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +