Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


06.12.2023  23:47 

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq





A+  A-

“BTB Bank” ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayevin məhkəməsi başlayır.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq məhkəməyə hazırlıq iclasının vaxtı bəlli olub. İşə dekabrın 14-də hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq.

Oğurluq hadisəsi bu ilin martında baş verib. Aleksey Babayev şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.4-cü (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu işdə Qrinkeviç Sergey Oleqoviç adlı şəxs də şübhəli şəxs qismində saxlanılıb. Lakin onun adı təqsirləndirilən şəxslərin siyahısında yoxdur.

Aleksey Babayevdən başqa bu işdə Siarhei Hrinkeviç adlı şəxs də təqsirləndirilir.

“BTB Bank” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66 450 000 AZN-dir.

Bankın səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya məxsusdur. Nigar Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin gəlinidir. O, akademikin fövqəladə hallar nazirinin müavini olan oğlu Timur Mehdiyevin xanımıdır.

Ramiz Mehdiyev “BTB Bank”la bağlı açıqlamalarında bankın oğluna məxsus olduğunu təsdiqləyib.

Xəbər 831 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +