Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.04.2021  15:18 

Rusiyanın Türkiyə ilə bağlı qərarı 500 mindən çox turistə ziyan vurdu





A+  A-

Rusiyanın Türkiyə və Tanzaniyaya müntəzəm uçuşları dayandırması turizm sənayesi, həmçinin artıq turpaket almış yarım milyon rusiyalı üçün şok effekti yaradıb.
XəzərNews.az xəbər verir ki, 15 aprel - 1 iyun tarixlərində Rusiya Türkiyə və Tanzaniyaya müntəzəm və çarter uçuşlarını dayandıracaq. Moskva-İstanbul və İstanbul-Moskva marşrutu üzrə həftədə iki uçuş və Rusiya vətəndaşlarının geri dönməsi üçün uçuşlar istisna olacaq.

Rusiya Tur Operatorları Birliyinin (ATOR) verdiyi məlumata görə, artıq 500 mindən çox insan qadağanın tətbiq olunacağı 15 aprel-1 iyun tarixləri üçün turpaketlər alıb. Bu isə ümumilikdə 35 milyard rubl vəsait deməkdir. Bu məbləğə otel və uçuşları özləri sifariş edən müstəqil turistlərin xərcləri daxil deyil.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qadağanın müstəsna olaraq epidemioloji xarakter daşıdığını və Türkiyədə yoluxma tempinin artması ilə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə 12 apreldən etibarən epidemioloji vəziyyətin kəskinləşməsi səbəbindən ölkədə yeni məhdudiyyətlər tətbiq edilir.

Xəbər 1912 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +