Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


21.01.2021  13:32 

Bağdadda növbəti partlayış - 28 ölü, 73 yaralı





A+  A-

İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində iki partlayış baş verib, ölən və yaralananların olduğu bildirilir.
XəzərNews.az xəbər verir ki, bu barədə “New York Times”ın Bağdad bürosu Bağdad Əməliyyat Komandanlığına istinadən məlumat verib.

Partlayışların kamikadze hücumları nəticəsində mərkəzdə yerləşən Şorca bazarında baş verdiyi qeyd olunub.

Partlayış nəticəsində 3 nəfərin həyatını itirdiyi və 16 nəfərin yaralandığı ilk məlumatlar arasındadır.

***

Partlayış qurbanlarının sayı 8 nəfərə çatıb, 15 nəfər yaralanıb. Bu barədə “Əl-Sumaria” telekanalı ölkənin təhlükəsizlik xidmətinə istinadən məlumat verib.

***

Son məlumatlara görə, terror aktında qurbanların sayı 28-ə çatıb, 73-dən çox şəxs yaralanıb.

Polisin məlumatına görə, birinci partlayış avtomobil ehtiyat hissələri dükanının yaxınlığında, yol kənarında baş verib. Daha sonra isə bir kamikadze hadisə yerinə toplaşan izdiham arasında üzərindəki partlayıcı qurğunu işə salıb.

Terror aktına görə məsuliyyəti İŞİD təşkilatı öz üzərinə götürüb.

Xəbər 1962 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +