Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


01.12.2023  18:18 

Qubad İbadoğlunun səhhətindəki problemlər ağırlaşıb





A+  A-

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlunun səhhətindəki problemlər daha da ağırlaşıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Turan”a onun qardaşı Qalib Bayramov noyabrın 30-da vəkillər istintaq təcridxanasında siyasətçiyə baş çəkdikdən sonra bildirib.

“Qanda şəkərin səviyyəsi normallaşmır, baxmayaraq ki, ona çox yüksək dozada insulin təyin edilib. Londondakı həkimlər də xəbərdarlıq etmişdilər ki, insulinin dozasının yüksək olması onda aritmiya yarada bilər. Hazırda elədir. Onun ürək döyüntüsü dəqiqədə 100-dən aşağı düşmür”, - o deyib.

O bildirib ki, vəziyyətin ağırlaşmasına baxmayaraq, İbadoğlunu müalicə müəssisəsinə köçürmürlər, həmçinin oktyabrın ortalarında aparılan müayinə və analizlərin nəticələrini də ona vermirlər.

“Bel ağrıları daha da şiddətlənib. Ona demişdilər ki, bu həftənin əvvəlindən fizioterapeya təyin edəcəklər. Ancaq elektroforez ilə kifayətləndilər ki, bu da kömək etmir”, - Bayramov sözlərinə davam edib.

Qubad İbadoğlunun vəziyyətilə bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xəbər 2282 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +