Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


13.09.2018  09:36 

“Elçibəyi bu dərəcədə aşağılamaq tərbiyəsizlikdir”





A+  A-

“Sosial şəbəkələrdə teleaparıcı olan Tarix Əliyevin (Tolik) Əbulfəz Elçibəyi aşağılayan fikirlərini qətiyyətlə pisləyir və lənətləyirəm”.
XəzərNews.az xəbər verir ki, bunu millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O, bildirib ki, Tolikin fikrini Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə xüsusi yeri ilə fərqlənən Ə.Elçibəyin və onunla bərabər olan, bütün ambisiyalardan uzaq, bütün varlığı ilə bu mübarizədə iştirak edən çoxmilyonlu xalqımıza qarşı təhqir kimi qiymətləndirir: “Mən Əbülfəz Elçibəyin hakimiyyət dövrünü kəskin tənqid edənlərdən biriyəm və düşüncələrimdə dəyişməzəm. Lakin Ə.Elçibəyin, hətta adi soydaşımızın belə, şəxsiyyətinin təhqir olunmasını tamamilə yolverilməz hesab edirəm.

Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətləri inkar olunmazdır. Həqiqətən də Ulu Öndərimiz olmasa idi ölkəmiz hələ də fəlakətlər içərisində çırpınmaqda idi. Bu nəhəng tarixi şəxsiyyətin adını önə çəkərək, milli müstəqilliyimizin və məmləkət bütövlüyümüzün səmimi carçılarından biri olan Ə.Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyəsizlikdir. Belə birisinə ekran müstəvisdində böyük auditoriya vermək qəbuledilməzdir”.

Xəbər 1758 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +