Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


12.04.2018  15:36 

İsa Qəmbər Almaniyadan nə vaxt qayıdır?





A+  A-

Xəbər verdiyimiz kimi, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Almaniyaya gedib.
XəzərNews.az-ın məlumatına görə, həyat yoldaşı Aida Qəmbər Modern.az-a açıqlamasında deyib ki, İsa Qəmbərin Almaniyaya yola salınması müayinə olunmaq istəməsi ilə bağlıdır.

“Çünki o, vaxtaşırı müayinə olunmalıdır. Sadəcə, ailə və qohumların təkidi ilə bu dəfə Almaniyaya yola salınmasını istədik. Həkimlər arasında seçim etmək istəməzdim. Çünki bizi müalicə edən bütün həkimlərə etimadımız var. Sağ olsunlar. Həkimlərlə bağlı heç bir problemimiz yoxdur”.

Aida Qəmbər İsa Qəmbərin ölkəyə nə vaxt qayıdacağından da söz açıb.

“Ola bilsin ki, İsa bəy bu həftə içində Azərbaycana qayıtsın. Mən Azərbaycandayam. Əminliklə qayıtması ilə bağlı dəqiq bir söz deyə bilmirəm. Düşünürəm ki, həftə sonuna qayıda bilər”.

İsa Qəmbərin xanımı aprelin 11-də ölkədə keçirilmiş prezident seçkilərində səs verib-vermədiyi barədə də danışıb.

“Seçkiləri izləməmişəm. Başım məlum işlərə qarışıb. Prosesləri izləmək baxımından kənarda da qalmamışam. Amma səsvermədə iştirak etmədim. Çünki mənə bildiriş gəlmədi. Düşünürəm ki, Azərbaycan vətəndaşı olaraq mənə bildiriş gətirilməli idi. Artıq bildiriş verilən zaman vətəndaş borcumu yerinə yetirib-yetiməməyim mənimlə bağlı ola bilərdi”.

Qeyd edək ki, bu ilin əvvəlində Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin səhhətində problem yaranıb. O, Mərkəzi Klinik Xəstəxanada müalicə olunub, ürəyinə bir neçə stent yerləşdirilib.

Fevral ayının sonlarında isə müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib.

Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, Bakıya qayıdıb.

Xəbər 1490 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +