Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


19.12.2017  09:16 

Şagirdlərə telefon qadağandır?





A+  A-

Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı Təhsil Nazirliyi (TN) tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə TN-nin sektor müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, dərs zamanı mobil texnologiyalardan məlumatların vizuallaşdırılması, hansısa bir təqimatın edilməsi məqsədilə, başqa sözlə mobil texnologiyalar yalnız məqsədli təyinat üzrə istifadə edilə bilər. Digər hallarda isə dərs prosesinə mane olduğu üçün telefon və planşetlərdən istifadə etmək yolverilməzdir.

C.Valehov deyib ki, dərs zamanı məlumatların şagird və tələbələrə mobil texnologiyalardan istifadə etməklə təqdim edilməsi üçün məktəb rəhbərliyinin tabe olduğu qurumlardan, eləcə də TN-dən xüsusi icazə almasına ehtiyac yoxdur.

O qeyd edib ki, hazırda Azərbaycanda onlarla təhsil müəssisəsi - orta və ali məktəblər tədris zamanı mobil texnologiyalardan istifadə edirlər.

Tədris zamanı mobil texnologiyalardan istifadənin bir çox üstünlüklərinin olduğunu deyən C.Valehov əlavə edib ki, yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etmə tədris prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir:

"Məktəblərdə mobil texnologiyalar vasitəsilə "ağıllı lövhə"lərin bağlantısı qurula və informasiya sinxronluğunun təmini baş verə bilər. Biz çalışırıq ki, tədris zamanı mobil texnologiyalardan daha çox istifadə edilsin. Elektron xidmətin daha geniş şəbəkəsinin qurulması, rəqəmsal mühitin genişləndirilməsi bizim əsas məqsədimizdir. Bununla bağlı biz ciddi platformalar üzərində işləyirik".

Xatıqladaq ki, Qırğızıstan Parlamentinin deputatları ümumtəhsil məktəblərində mobil telefonların qadağan edilməsi təklifi ilə çıxış ediblər.

Xəbər 1345 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +