Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


22.01.2021  10:18 

Azərbaycan millisində yeni baş məşqçi





A+  A-

Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət millisinə yeni baş məşqçi təyin olunub.
XəzərNews.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Belarusdan olan Olqa Barkalavaya tapşırılıb.

Barkalava təyinatı ilə bağlı təəssüratlarını bölüşüb. O, millinin məşq etdiyi zalla və gimnastlarla tanış olduğunu bildirib: "İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.

Qeyd edək ki, Olqa Barkalava 22 ildir ki, qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. O, son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.

Xəbər 2128 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +