Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


22.04.2022  09:15 

Bakıda 122 minə yaxın yaşayış binası söküləcək





A+  A-

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis- kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub. Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi nəzərdə tutulub.

Əmlak məsələləri üzrə mütəxəssis Mülkədar Rüstəmov bildirib ki, yeni Baş plana əsasən şəhərə giriş-çıxışın təmin olunması üçün əlavə yollar tikiləcək. Turistlərin rahat koordinasiyalı hərəkəti üçün Ələt qəsəbəsində hava limanının tikintisi də nəzərdə tutulub. Görüləcək işlər Bakının əmlak bazarında qiymətlərə də təsir edəcək. Onun fikrincə, şəhərin bir sıra ərazilərində torpaq sahələri və mənzillərin qiyməti bahalaşacaq.

Qeyd edək ki, Bakı şəhərinin Baş planı 4 prioritet hədəf əsasında hazırlanır. Bunlar şəhərin dayanıqlı inkişafı, şəhər və ətraf mühitin regenerasiyasi, şəhərin memarlıq siması və tarixi irsə qayğı, elcə də yeni məzmunudur. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.



Xəbər 1803 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +