Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


21.02.2019  21:36 

DTX partizanların vərəsələri üçün arxivi açdı





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı İkinci Dünya müharibəsi zamanı Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların vərəsələrinə DTX-nin arxiv fondlarında saxlanılan həmin sertifikatlar (şəhadətnamələr) təqdim olunub.
XəzərNews.az xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Milli qəhrəmanlar, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, İtaliyanın Azərbaycandakı konsulu xanım Anna Mariya Biançi, İkinci Dünya müharibəsinin veteranları, azərbaycanlı partizanların övladları və digərləri iştirak ediblər.

DTX-nin arxiv-uçot idarəsinin rəisi Ceyhun İbrahimov xüsusi vurğulayıb ki, İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizə aparmış “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə ilə bağlı arxivlərdə saxlanılan materialları dahi rəhbər Heydər Əliyev hələ təhlükəsizlik orqanlarında işlədiyi dövrlərdə araşdırıb. Məhz Ulu Öndərin gərgin səyi və əməyi, qətiyyəti sayəsində toplanmış sənədlər keçmiş SSRİ-nin ali rəhbərliyinə təqdim edildikdən sonra Mehdi Hüseynzadənin partizan hərəkatında göstərdiyi şücaət və qəhrəmanlıqlar nəzərə alınaraq, 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilib, onun haqqında bədii film çəkilib və əsərlər yazılıb.

Sertifikatları general-polkovnik Mədət Quliyev, akademik Nailə Vəlixanlı, səfir Orelia Buşez və konsul Anna Mariya Biançi azərbaycanlı partizanlar - Allahqulu Quliyevin, İbrahim İbrahimovun, Əbdürəhman Novruzovun, Feyzulla İsmayılovun, Bayandur Hacıyevin və Famil Məmmədovun övladlarına təqdim ediblər.

Xəbər 1305 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +