Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


06.05.2018  17:09 

Çaylarda sululuq səviyyəsi açıqlandı





A+  A-

Son günlər üzrə çaylarda sululuq səviyyəsi dəyişib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 60-140, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 424 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 41 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 337 sm (2017-ci il mayın 04-də 352 sm), Şirvanda 197 sm (2017-ci il mayın 04-də 215 sm), Salyanda 123 sm (2017-ci il mayın 04-də 138 sm), Bankədə 167 sm (2017-ci il mayın 04-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 53 sm (2017-ci il mayın 04-də 65 sm) təşkil edib.

Xəbər 1553 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +