Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


06.01.2022  16:32 

Sabiq deputatın işi prokurorluğa göndərildi





A+  A-

Sabiq deputat, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin ağacların kəsməsi müraciəti əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib.

XəzərNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

O qeyd edib ki, aparılan araşdırma zamanı sözügedən ərazidə 21 şam ağacının kəsildiyi müəyyən edilib: "Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

Qeyd edək ki, bu gün "Qafqazinfo"da Nəriman Əliyevin 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşların maaşları verməməsi ilə bağlı rəhbəri olduğu "Ştutqart" MMC-nin keçmiş əməkdaşının müraciəti yayımlanmışdı.

Xəbər 1621 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +