Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


15.03.2021  14:21 

Direktor olmaq istəyənlərin nəzərinə!





A+  A-

Cari ilin 19 mart tarixində Bakı şəhəri daxil olmaqla 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq təşkil ediləcək.
Bu barədə XəzərNews.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 6 mart tarixində keçirilmiş sonuncu seansda imtahana qeydiyyatdan keçərək iştirak edə bilməyən, həmçinin 7 mart tarixi üzrə seanslara çağırılmış şəxslər imtahanlarda iştirak edə bilərlər. İmtahan qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur.

Namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları mütləqdir. İmtahan başlamamışdan yarım saat əvvəl imtahana qeydiyyat başa çatacaq.

Namizədlər imtahan keçiriləcək binaya daxil olarkən tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.

Namizədlərdən şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaları xahiş olunur.

Qeyd edək ki, dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Xəbər 1480 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +