Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


18.12.2020  14:12 

Sabaha yağış və qar gözlənilir





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərdarlıq

Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Xəbər 1942 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +