Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


27.10.2019  11:35 

Atəşkəs yenə pozuldu





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Kəngərli, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər, Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər 1732 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +