Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.03.2018  17:25 

Martın 19-da Bakıda bu yollar bağlı olacaq





A+  A-

Martın 19 Bakıda keçiriləcək Novruz şənliklərində təhlükəsizliyin təmin olunması məqsədilə bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.
XəzərNews.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib.

Şöbə rəisi deyib ki, həmin gün səhər saat 8:00-dan 13:00-dək paytaxtın Azneft dairəsindən Neftçilər prospekti istiqamətində dənizkənarı bulvar boyu kəsişən və paralel küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.

Bundan başqa, İçərişəhərdən başlayaraq Qız qalası istiqamətində və dənizkənarı bulvarda keçiriləcək bayran tədbirlərinə qatılan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 14-cü kilometr, 20-ci sahə dairəsi və bayraq meydanı istiqamətindən avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

V.Əsədov tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyyə edib:

“Ümumiyyətlə bayram şənliklərinə gələnlər unutmasınlar ki, Neftçilər prospekti boyunca “Formula 1” yarışının keçirilməsi ilə əlaqədar olaraq qoyulmuş beton maneələr olduğu üçün həmin ərazidə avtomobillər park edilərsə yolda daralma olacaq və hərəkətə maneə yaradacaq. Bunu nəzərə alaraq tədbirə şəxsi avtomobilləri ilə gələn vətəndaşlar Azadlıq meydanındakı yeraltı dayanacaqdan istifadə etsinlər”.

Xəbər 1527 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +