Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


23.02.2018  13:54 

Deputat quzuların kəsilməsinə qarşı çıxdı





A+  A-

“Ölkədə mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışa çıxarıldığı və həmin məhsulların görüntüləri televiziyada yayımlanır.Televiziyada təhlükəli cəmdəkləri görən insanlar bundan qorxuya düşür, başqa ətləri də almaq istəmir”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, bu cür məhsulları satan insanlarla bağlı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə heç bir məlumat verilmir.

“Yaxşı olar ki, mütəxəssislər həmin satıcılara qarşı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə məlumat versinlər və insanlarda da bu məsələ ilə bağlı əminlik yaransın”.

T.Rzayev həmçinin deyib ki, son zamanlar 6-7 kiloqramlıq quzu və 50 kiloqramlıq buzovların kəsilməsi kütləvi hal alıb.

“Belə ətin insanın sağlamlığı üçün faydalı olduğunu deyirlər. Lakin hesab edirəm ki, bu heyvanlar hələ yetişməlidir və ət tutmalıdır. Bu kimi hallar bizim heyvandarlığımıza ziyan vurub”.

Xəbər 1478 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +