Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


22.05.2017  14:49 

Əhaliyə nə qədər qaz satılıb?





A+  A-

Bu ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6762,3 milyon kub metr təşkil edib.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ehtiyatların 69,8 faizi hasilatın, 25,4 faizi qalığın, 4,8 faizi isə idxalın hesabına formalaşıb. Təbii qazın 47,0 faizi istehlak, 34,9 faizi ixrac olunub, 6,4 faizi itkiyə gedib, 11,7 faizi isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,7 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,3 faizi isə əhaliyə satılıb.

2017-ci ilin yanvar-mart aylarında 2357,2 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 1278,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox təbii qaz istehlak edilib, onun 33,4 faizi Bakı şəhərinin, 4,4 faizi Naxçıvan Muxtar Respublikasının, 17,7 faizi Aran, 13,2 faizi Gəncə-Qazax, 9,0 faizi Abşeron, 6,7 faizi Lənkəran, 5,3 faizi Şəki-Zaqatala, 5,2 faizi Quba-Xaçmaz, 2,8 faizi Dağlıq Şirvan, 2,3 faizi isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.



Xəbər 1405 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +