Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


19.05.2017  22:20 

Qaydaları pozmaları ilə “fəxr edənlər” həbs oluna bilər - VİDEO





A+  A-

Sükan arxasında qayda pozaraq görüntüləri sosial şəbəkələrdə yayan sürücülər, hətta buna görə həbs də edilə bilərlər.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu il ərzində 18 sürücü sosial şəbəkədə yayılan görüntülər əsasinda məsuliyyətə cəlb edilib. Belə pozuntulara daha çox yol verənlər isə adətən tanınmışlar olur. XəzərNews.az “Xəzər TV”yə istinadən xəbər verir ki, əsasən də tanınmış insanlar sükanı azyaşlı uşağa verir, təhlükəsizlik kəmərini taxmır, yaxud xüsusi vasitə olmadan ön oturacaqda uşaq əyləşdirirlər.

Belə görüntülər əsasən də məşhurlar tərəfindən tez-tez sosial şəbəkələrdə paylaşılır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu görüntülərin hər biri araşdırılır və onu törədən sürücülər cərimələnir.

Belə görüntülər vasitəsilə hətta xətanı törədən sürücü həbs də edilə bilər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, belə faktlar dəfələrlə qeydə alınıb və xətanı törədənlər həbs edilib.

Bölmə rəisinin sözlərinə görə, edilmiş xətaların sosial şəbəkələr vasitəsilə yayılması halları ən çox məşhurlar arasında baş verir ki, bu da təəssüfləndirici faktdır. Çünki həmin şəxslər öz hərəkətləri ilə cəmiyyətə örnək olmalıdırlar.

Vaqif Əsədov deyir ki, hətta film və klip çəkilişlərində belə icazə alınıb, təhlükəsizlik təmin edilmədən qayda pozan şəxslər də cərimə olunacaqlar.



Xəbər 1344 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +