Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...
Taksi sürücülərinin Bakı tətili ləğv edildi
“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti


23.01.2022  10:55 

“Uşaqlarım ətə, toyuğa, meyvəyə həsrət qalıb”





A+  A-

“İş yoxdur, dolandıra bilmirəm. Uşaqlarım kənd yerində ətə, toyuğa, meyvəyə həsrət qalıb. İndi maraqlanan yoxdur, amma bir neçə ildən sonra hərbi xidmətə çağıracaqlar”.

XəzərNews.az xəbər verir ki, bunu Meydan TV-yə Tərtər rayonu, Yuxarı Qapanlı kənd sakini, 34 yaşlı Rahib Həbibov bildirib. Şikayətçi deyib ki, mövsümdə günəmuzd fəhləlik edib. İndi isə tapdığı qəpik-quruş çörəyə güclə yetir, kommunal xərcləri ödəyə bilmir.

Yuxarı Qapanlı kəndində təxminən 105 ev var. Əksəriyyət əkin və heyvandarlıqla məşğuldur. Həbibov deyir ki, onun kimi iş tapa bilməyənlər çoxdur:

“Kənardan baxana asan gəlir, ancaq əkin-biçin üçün müəyyən məbləğdə pul lazımdır, bunun suyu, yanacağı, toxumu var. Pul tapa bilmirəm ki, əkib-becərim. Onun-bunun qapısında işləyib gündəlik yemək pulunu çıxara bilirəm. İş olmayanda ac qalırıq”.

Şikayətçinin sözlərinə görə, kimdənsə yardım istəmir, sadəcə, daimi iş yeri istəyir ki, ailəsini dolandıra bilsin. Kənddə isə əkin mövsümü bitən kimi onun kimilər çarəsiz qalır.

“Tərtər Rayon İcra Hakimiyyətinə müraciət etmişəm, amma baxmırlar. Məşğulluq İdarəsinə heyvandarlıq üçün müraciət etmişəm. Əgər heyvan versələr, təsərrüfatla məşğul ola bilərəm. Üstündən 2 il keçib, müxtəlif bəhanələrlə yubadırlar. 34 yaşlı insanın balalarının qarşısında aciz qalmasını təsəvvür edin. Fəhlə kimi iş verən yoxdur, kimə müraciət edirsən, kasıbçılıqdan danışır”,-Həbibov deyib.

Kənd sakini qeyd edib ki, 12 və 13 yaşlı iki oğlu var. Onlar bir neçə ildən sonra hərbi xidmətə gedəcəklər.

Tərtər Rayon İcra Hakimiyyətindən deyiblər ki, vətəndaş onlara deyil, müvafiq mərkəzlərə müraciət etməlidir ki, işsiz kimi qeydiyyata düşsün, işə cəlb edilsin.


Xəbər 1719 dəfə oxunub.




02.04.2025  17:07 

Xatirənin bu geyimi tənqid olundu

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +