Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


28.04.2017  09:23 

“Ailə günü” qeyd ediləcək





A+  A-

“Hər il olduğu kimi, bu il də Dövlət Komitəsi tərəfindən 1-15 may tarixlərində “Beynəlxalq Ailə günü”nə həsr edilmiş silsilə tədbirlərin və sonda “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfransın keçirilməsi nəzərdə tutulub”.
Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumatda bildirilib ki, respublikada dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir:

“Mütəmadi olaraq, ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu istiqamətdə 2008-ci ildən etibarən hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may “Beynəlxalq Ailə günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) ərəfəsində həyata keçirilən silsilə tədbirlər və “Ailə Bayramı” böyük əhəmiyyət daşıyır. Respublikamızın bütün regionlarını əhatə edən tədbirlərdə uşaqlar, gənclər, gənc ailələr və xüsusilə, əhalinin həssas təbəqəsi, qaçqın və məcburi köçkün ailələr iştirak edir. Tədbirlərin həyata keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, milli azlıqları təmsil edən ailələrin öz adət-ənənələrini qoruyub saxlamasının təmin edilməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliğidir.
Silsilə tədbirlər çərçivəsində əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkün ailələri arasında sağlam həyat tərzinin təbliği, əhalinin, xüsusilə yeniyetmə və gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikah və ziyanlı vərdişlərin yaratdığı fəsadlar barəsində maarifləndirilməsi, hərbiçilər üçün milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görüşlərin keçirilməsi, televiziya verilişlərində ailə məsələləri istiqamətində müzakirələrin aparılması nəzərdə tutulub”.

Qeyd olunub ki, 15 may tarixində keçirilməsi nəzərdə tutulan “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfrans müasir zamanda ailə və nikah institunu maraqlandıran amillər, onlara təsir göstərən müsbət və mənfi faktorlar, ailə məsələləri ilə bağlı mövcud qanunvericilik, KİV-in ailə dəyərlərinə təsiri və s kimi mövzular ətrafında çıxışların dinlənilməsi və müzakirəsi üçün geniş imkan yaradır.

(modern.az)

Xəbər 1470 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +