Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi


12.02.2019  14:32 

Xəzərlə bağlı sənədlər ratifikasiya edildi





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında Xəzər dənizində əməkdaşlığa dair bir neçə saziş müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, iclasda "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə" Protokolun təsdiq edilməsi, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi, "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında" Sazişin təsdiq edilməsi, o cümlədən "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb.

Layihələrlə bağlı parlament sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Bildirilib ki, layihələr Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər 1292 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +