Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


17.08.2021  11:09 

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.

Qeyd edək ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xəbər 2233 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +