Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Yol polisindən Allaha şikayət edən kimdir?
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir
Çağırışdan yayınsanız... - Cərimələnəcəksiz


09.08.2019  12:17 

Saathesabı dərs deyən bu şəxslərin ödənişləri artdı





A+  A-

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğlərində dəyişiklik edilib.
XəzərNews.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov imzaladığı qərara əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələrə tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 10,30 manat, dosent və ya fəlsəfə doktoru üçün 6,80 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 5,30 manat olub.

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 12,20 manat, dosent və ya fəlsəfə doktoru üçün 8,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6 manat olub.

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri üçün tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 14,70 manat, dosent və ya fəlsəfə doktoru üçün 10,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6,80 manat olub.

Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 12,20 manat, dosent və ya fəlsəfə doktoru üçün 8,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6 manat məbləğində müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 7,80 manat, geyimsiz naturada isə 12,90 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.

Xəbər 1286 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +