İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


03.06.2020  08:43 

Nyu-Yorkda komendant saatı uzadıldı





A+  A-

Nyu-York meri Bill de Blazio şəhərdə tətbiq olunan komendant saatının həftənin sonunadək uzadılması barədə qərar qəbul edib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə o, Tvitter hesabı vasitəsilə yayımlanan mətbuat konfrası zamanı bildirib.

Müvafiq qərar afroamerikalı Corc Floydun öldürülməsindən sonra şəhərdə davam edən qarışıqlıqlar fonunda qəbul edilib.

“Bu komendant saatı həftənin sonunadək davam edəcək”, - deyə Blazio qeyd edib.

Qeyd edək ki, bu həftə ABŞ-da baş qaldıran kütləvi etirazlar və iğtişaşlar mayın 25-də Minneapolisdə Corc Floyd adlı afroamerikalının polis tərəfindən saxlanılma videosunun internetə sızmasından sonra başlayıb. Belə ki, ağdərili polislər afroamerikalının əllərini qandallayıb və onu yola yıxıb. Onlardan biri C.Floydun “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq, onu boğmağa başlayıb. Bir qədər sonra afroamerikalı şəhər xəstəxanalarının birində vəfat edib. Mayın 26-da həmin 4 polis işçisi işdən çıxarılıb, onlardan biri saxlanılıb. Daha əvvəl bir neçə ştat və şəhərlərdə komendant saatı elan edilib.

Xəbər 1974 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +