Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


05.12.2022  21:03 

Bu təlimlər Tehrana cavabdır? - Şərh





A+  A-

“Tehran rejimi Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən nəticə çıxarmalıdır”.

XəzərNews.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bu gün Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin İranla sərhəd rayonlarında başlayan birgə təlimlərinə diqqət çəkib:

“Azərbaycanla Türkiyə birgə təlimlərə başlayıb. Hərbi təlimlər İranla sərhəddə yerləşən Astara, Cəbrayıl və İmişli rayonlarında keçirilir. Təlimlərdə çay üzərindən panton körpülərin atılması, düşmən hücumundan müdafiə və hücum məşqləri icra edilir. Türkiyə ilə ilk dəfə olaraq belə genişmiqyaslı hərbi təlim keçirilir. Türkiyə müdafiə naziri Hulusi Akar və baş qərargah rəisi Yaşar Gülər də təlimləri izləyəcək.

Şuşa bəyannaməsi və digər hərbi sazişlərə uyğun olaraq keçirilən bu qardaşlıq və həmrəylik təlimləri İrana və Azərbaycana təhdidlərin gəldiyi bütün ölkələrə qarşı ciddi mesajdır. Hesab edirəm ki, bu baxımdan təkcə İran yox, Rusiya da bundan nəticə çıxarmalıdır. Çünki Rusiya sülhməramlılarının Qarabağda separatizmin güclənməsinə dəstək verən fəaliyyəti də Azərbaycanın təhlükəsizliyini təhdid edir.

Bu təlimləri NATO-Azərbaycan təlimləri kimi də xarakterizə etmək olar. Qənaətimə görə, ABŞ da bu təlimlərə dəstək verir. Azərbaycanın baş qərargah rəisi bir neçə gün ABŞ-da oldu, Vaşinqton və Pentaqonda mühüm görüşlər keçirdi. Hesab etmək olar ki, ABŞ-ın Azərbaycana dəstəyi yeni müstəviyə keçir”.

Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə-Azərbaycan təlimlərinə bütün qoşun növləri cəlb edilib:

“Türkiyə və Azərbaycan birgə hərbi təlimləri ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Məncə, İranın Azərbaycana qarşı hərbi təhdidləri fonunda keçirilən bu təlimlər həm də Tehranın Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyalarına cavabdır. Bu təlimlərdən sonra Türkiyə qoşunlarının müəyyən müddətdə Azərbaycanda qalacağını düşünürəm”.

Xəbər 910 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +