Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


04.11.2022  15:31 

Manevrmi, yoxsa mövqemi?





A+  A-

İran Parlamentinin spikeri Məhəmməd-Baqir Qalibaf Azərbaycana gəlməkdən imtina edib. Əslində bu səfər gərəksiz və lazımsız bir protokol ola bilərdi. Yaxşı ki, son anda fikrlərini dəyişib və əbədi dostlarının yanına - Ermənistana getmək haqqında qərar veriblər.

Səfərin Azərbaycanın marağında olmaması məlumdur. Çünki səfərlə bağlı məlumatı da Azərbaycan yox, İran tərəfi özü yaymışdı. İptal olunan səfər haqqında xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ceyhun Bayramovla telefon danışığında bildirmişdi.

Bəs nə oldu ki, iranlı spikerin səfərini qəfildən, xəbərsiz-ətərsiz iptal edib, Azərbaycanı Ermənistanla əvəzlədilər? Manevrmi, yoxsa mövqemi?

İran dediyimiz ölkənin, onun rəhbərliyinin dəyişməyən, əbədi mövqeyi budur. Bu bir İran rəsmisinin şəxsi istəyi, arzusu və ya kefindən doğan nəsnə deyil. Bu, İranın, onun ali rəhbərliyinin gerçəkliyidir, əsl simasıdır. Onlar Ermənistan və Azərbaycana münasibətdə hər zaman Ermənistanın yanında olublar. Uzaq 90-larda da, 44 günlük müharibə zamanı da, bu gün də. Bu addımla tarixən Azərbaycana qarşı təhrik etdikləri Ermənistanla olduqlarını bir daha aşkar göstərdilər.

40 milyonluq güneyli soydaşlarımız İranın bu hərəkətləri görmürmü? Təbii ki, görür də, bilir də, cəzasının verəcək də...

İranın bu addımına təəccülənməyə dəymir. İran tərəfi gizli-aşkar silah-sursatla təmin etdiyi Ermənistandan 30 il "Allahın Evi" dediyimiz məscidlərdə niyə donuz saxlamısan deyə sual etsəydi, təəccüblənərdik.

İran öz taleyini yaşayır. Bu yaşamı da özü seçib. Hələ Ermənistanla iç-içə, qol-qola siyasi arenada addımlayır. O Ermənistanla ki, Azərbaycan tərəfindən 44 günə məğlub edildi. Mifləşdirilən məğlubedilməz ordusu ən azı bundan sonra 44 il özünə gəlməyəcək.
İranda da onun rejiminə öz yerini göstərəck 40 milyonluq bir xalq var - azərbaycanlılar. Onların nəfəsini hiss edəcək...Zaman yetişir...

Rəfail Becanov

Xəbər 912 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +