Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


21.09.2021  16:16 

Ya Allah, bizə bir molla...





A+  A-

Iranlı, fars din xadimi danışdı... düz danışmadı... diqqət edirəm xeyli ictimai fəal, politoloq, siyasətçi söyür, təhqir edir. Düşünürəm ki, bu dayazlıqda düşüncə ilə onlar olduqları mövqe və rütbələrə necə nail olublar. Niyə anlamırlar ki, siyasət soyuqqanlılıq, ağıl, emoaiyasızlıq, ən dəhşətli durumda da gülümsəməyi bacarıb, iş qurmağı tələb edən ciddi bir elmdir.

Söyüş, lotulanmaq, jarqon keçmir, əksinə guya müdafiə etdiyin, sevdiyin dövləti, daha ağır duruma salırsan. Belə davranış, böyük maraqlara əngəl törədir, sonra da altından çıxa bilmir heç kim...

Və...qayıdıram farsın o dini liderinə...
Biz niyə bircə siyasi beyni olan din xadimi yetişdirməmişik? Axı din ən böyük siyasətdir. Heç nə ilə bölünməyən dünyanı dinləri yaradıb bölüblər. Sonra dindarların özünü idarə etmək üçün təriqətləri yaratdılar. Indi...

... baxırsan Türkiyəyə, nə qədər xütbədən siyasi missiyası duyulan dindar alimi var...
...Baxırsan Irana, siyasətləri zatən din üzərindən qurulub...
...Baxırsan Rusiyaya, provaslavının, katolokinin din xadimi dəryadır...
...Bir gürcü kilsəsinə girirsən, keşiş sən Bakıdan gəlmisən deyə, Qafqaz tarixindən dərs keçir...

...Ermənilərin katalikosunu, aryıca siyasiləşmiş erməni kilsəsini heç demirəm. Erməni kilsəsini xiristianların böyük bir hissəsi qəbul etmir, terrorçuluq təbliğatı olur keşişlərinin çıxışında...

Papa da ki, heç...statusu, missiyası, toxunulmazllğı və kimliyi bəlli, dünyəvi dini lider...

...Bizdə böyük boşluqdur. Dini radikalizm, təriqətlər ideoloji təbliğat maşını qurub, asta-asta, altdan-altdan iş görür. Odur ki, ağayi molla deyir ki, bir fətva verəsən... Düz deyir, çünki biz bu sahəni boş buraxmışıq. Bir ya, iki din xadimi var ki, onlar da Məhərrəm ayında özünü əldən buraxır, fanat ordusuna qoşulur. Təbliğat, dövlətçilik işinin də heç harasında deyil. Odur ki, ümid sənədir ya Allah, bizə hamını başa salacaq bir molla yetir. Qonşularda ondu, bizdə bir olsun barı. Mouzələrində camaatına din, xalq, dovlət, dost, düşmən qandıra bilsin...

Jalə Mütəllimova
21.09.2021.


Xəbər 2642 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +