Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


19.03.2024  15:13 

Fərid Bakarova hökm oxunub





A+  A-

7 yaşlı Fərid Bakarovun cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Xəzərnews.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda təqsirləndirilən idmançı son söz deyib.

Müttəhim Mehman Xəlilov azyaşlını bilərəkdən öldürmədiyini deyərək məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib: “Mənim o, uşağa qarşı nə qərəzim ola bilərdi? Mən onu bilərəkdən öldürməmişəm.

Fərid mənim ən sevdiyim tələbəm olub. Onun üçün canımı da verərdim. Kim kameralar altında adam öldürər? Bu hadisə istəmədən başıma gəlib. Bədbəxt hadisədir. Mənim üçün şeytan, o uşaq üçün əcəl gəldi. Məlum video sosial şəbəkələrdə yayıldı deyə belə oldu”.

Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti müşavirə otağında belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib.

Hökmə əsasən M.Xəlilov xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan adamı öldürməkdə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin aprelində Sumqayıt şəhərində yerləşən 19 nömrəli məktəbin idman zalında baş verib. Cinayətin baş vermə anının görüntüləri sosial şəbəkələrdə yayılıb.

Videodan görünür ki, Mehman Xəlilov məşqdə zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

Mehman Xəlilova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham verilib. Lakin Xəlilov özünü eyni məcəllənin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilir.

Xəbər 10338 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +