Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


18.03.2024  15:38 

İlham Əliyevdən Novruz təbriki - MƏTN





A+  A-

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Xəzərnews.az-ın məlumatına görə təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar
əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.

Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.

Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi‑bərəkət və firavanlıq gətirməsini diləyirəm.

Bayramınız mübarək olsun!".

Xəbər 1297 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +