Adam atasını da, özünü də, oğlunu da ifşa elədi... -
“Kenquru” şagirdləri hansı yolla soyur? - İddia
Dedi ki, 10 min prokuror və hakimə çatacaq - Şikayətçi
“Dəstərxan“ restoranı səs-küyə görə cərimələndi
Hərbçilər arasında 165 hərbi toqquşma qeydə alınıb
“Maşın bazarı“nda mağaza sahibləri etiraza qalxdı - Video
Türkiyə Mərkəzi Bankının ehtiyatları 33,5 milyard dollara düşüb
Vaşinqton Moskva ilə danışığı davam etdirir - Tramp
Bakıda sərnişin avtobusu HASARA girdi
Ağacları kəsən sahibkar cərimələndi


17.03.2023  18:11 

“Muğanbank”ın bu filialında qanun pozuntusu aşkarlandı





A+  A-

"Muğanbank” ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb.

XəzərNews.az Mingəçevir şəhər Prokurorluğuna istinadən xəbər verir ki, ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər 1021 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?


BÜTÜN XƏBƏRLƏR +