Adam atasını da, özünü də, oğlunu da ifşa elədi... -
“Kenquru” şagirdləri hansı yolla soyur? - İddia
Dedi ki, 10 min prokuror və hakimə çatacaq - Şikayətçi
“Dəstərxan“ restoranı səs-küyə görə cərimələndi
Hərbçilər arasında 165 hərbi toqquşma qeydə alınıb
“Maşın bazarı“nda mağaza sahibləri etiraza qalxdı - Video
Türkiyə Mərkəzi Bankının ehtiyatları 33,5 milyard dollara düşüb
Vaşinqton Moskva ilə danışığı davam etdirir - Tramp
Bakıda sərnişin avtobusu HASARA girdi
Ağacları kəsən sahibkar cərimələndi


18.03.2020  23:51 

Pensiyalar artırıldı, vergilər azaldıldı - Türkiyədə





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankayada koronavirusla bağlı dövlət rəsmiləri ilə iclas keçirib.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, toplantıdan sonra Ərdoğan Türkiyə xalqına müraciət ünvanlayıb. Müraciətdə görüləcək 100 milyard lirəlik paketi nəzərdə tutan iqtisadi tədbirlər açıqlanıb:

1) Pərakəndə satış, ticarət mərkəzləri, dəmir-polad, avtomobil, logistika-nəqliyyat, kino-teatr, yerləşmə, qida məhsulları, toxuculuq geyimləri və təşkilati sektorlar üçün aprel, may və iyun aylarında nəzərdə tutulan ƏDV vergisi 6 ay təxirə salınır.

2) Yaşayış vergisi noyabr ayınadək tətbiq olunmayacaq.

3) Otel kirayəsi üçün gəlir payı ödəmələrini 6 ay təxirə salırıq.

4) Daxili aviadaşımalarda 3 ay müddətinə ƏDV-ni 18%-dən 1%-ə endiririk.

5) Covid-19 virusu səbəbindən nəğd gəlirləri pozulan firmaların banklara olan kredit borclarını 3 ay müddətinə təxirə salırıq və lazım gələrsə, onlara əlavə maliyyə dəstəyini təmin edəcəyik.

6) İxracatda müvəqqəti ləngimə zamanı imklanlardan istifadə nisbətini qorumaq üçün ixracatçıya inventar maliyyələşdirmə dəstəyi verəcəyik.

7) Bu dönəmdə azad sahibkarların “Xalqbank”a olan kredit borcları aprel, may və iyun ayları üçün faiz ödəmələrini 2 ay müddətinə, əlavə faiz olmadan təxirə salacağıq.

8) Kredit Zəmanət Fondunun limitini 25 milyard lirədən 50 milyard lirəyədək artıracağıq.

9) Vətəndaşlarımız üçün uyğun və avantajlı şərtlərlə sosial məqsədli kredit paketləri ayıracağıq.

10) Minimum əmək haqqı dəstəyini davam etdirəcəyik.

11) Uzaqdan işləmə modellərini təkmilləşdirəcək, fəaliyyətində fasilə yaranan işçilərə müvəqqəti gəlir dəstəyi verəcək, bununla da işverənlərin maliyyə yükünü azaltmış olacağıq.

12) Minimum pensiya məbləğini 1500 lirəyə yüksəldirik.

13) Pensionerlərin bayram bonuslarını aprelin əvvəlində ödəyəcəyik. Həmin məbləğ birbaşa təqaüdçülərin bank hesabına yatırılacaq.

14) Ehtiyacı olan ailələlər yardım üçün əlavə olaraq 2 milyard lirəlik vəsait ayırırıq.

15) Məşğulluğun davamı üçün 2 aylıq əvəzetmə iş müddətini 4 ayadək artırırıq.

16) Tək yaşayan 80 yaşdan yuxarı qocalar üçün social xidmət və evdə tibbi xidmətdən ibarət dövri izləmə proqramını başladırıq.

Xəbər 1355 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?


BÜTÜN XƏBƏRLƏR +